RU

Rusiya bu dəfə bir ölkəni ordu yox, pulla ələ keçirir – Gizli plan deşifrə edildi

Kişinyov iddia edir ki, Rusiya oktyabrın 20-də keçiriləcək referendumda Avropa Birliyinə (AB) üzvlüyün, eləcə də seçkilərdə qərbyönlü Prezident Maya Sandunun əleyhinə səs vermək üçün moldovalılara pul ödəyən şəbəkə təşkil edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Politico” Moldova polisinə istinadla məlumat yayıb.

Ölkə polisinin rəisi Viorel Çerneuseanu ABŞ nəşrinə söyləyib ki, Moldova hibrid müharibə və dezinformasiya ilə birləşən seçici rüşvətxorluğu fenomeni ilə üzləşib.

Moldovalı detektivlər bildirirlər ki, təkcə son bir ayda 130 mindən çox vətəndaşın bank hesablarına 15 milyon dollardan çox Rusiya vəsaiti köçürülüb.

İstintaq məlumatına görə, sxemin təşkilatçılarından biri fəaliyyəti qadağan olunmuş rusiyayönlü siyasi partiya “Şor”un təsisçisi İlan Şordur.

Moldova hökumətinin milli təhlükəsizlik üzrə müşaviri Stanislav Sekryeru bundan öncə “Politico”ya demişdi ki, Rusiya oktyabrın 20-də keçiriləcək seçkilər öncəsi görünməmiş təbliğat və hədə-qorxu hücumuna başlayıb. Onun sözlərinə görə, Rusiya bu il Moldovada demokratik proseslərə müdaxilə üçün təxminən 100 milyon avro xərcləməyi planlaşdırır./teleqraf.com/

Избранный
4
1
turkustan.az

2Источники