RU

Ermənistanın Gəncəyə ilk raket hücumundan 4 il ötür

Bakı. Trend:

Bu gün Ermənistanın Gəncəyə ilk raket hücumundan 4 il ötür.

2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrindəermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərindəmülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığıikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü.Nəticədə 1 mülki şəxs şəhid olmuşdu, 39 mülki şəxs isəyaralanmışdı. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura vəqədim tarixi tikililərə ziyan dəymişdi.

Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terrorsiyasətiCenevrə Konvensiyasını, BMT-nin, Haaqa Konvensiyasının,UNESCO-nun, elə cə digər beynəlxalq və regional təşkilatların qərarvə qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud vədüşünülmüş şəkildə pozmuşdu. Lakin Ermənistana bunların heç birinəməhəl qoymayaraq mülki əhaliyə qarşı terror siyasətini davametdirmişdi.

Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya iləhücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb,şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyatvasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gündavam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri vəqanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfəalmaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülkişəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarətalmışdır.

44 günlük Vətən müharibəsində hər keçən gün məğlubiyyəti iləbarışa bilməyən Ermənistan ordusu və qanunsuz silahlı birləşmələrimülki əhaliyə qarşı terror aktları törətmək yoluna əl ataraq,insanlar arasında qorxu və xaos yaradacağına ümid etmişdi. Lakin,bu terror aktları Azərbaycan xalqını Ali Baş Komandan, Prezidentİlham Əliyevin və Azərbaycan Ordusunun ətrafında daha da sıxbirləşməsinə gətirdi.

Belə ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi,Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birliksayəsində cəmi 44 gün ərzində erməni qoşunları məhv edildi və ərazibütövlüyümüz bərpa edildi.

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan tərəfiErmənistanın bütün bu hərbi cinayətlərinə, terrorlarına baxmayaraqregionda sülhün bərqərar olunması üçün İrəvana sülh təklif etdi.Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirərək,yenidən təxribatlara əl atmağa başladı.

19 sentyabr 2023-cü il tarixində Ermənistan silahlı qüvvələri vəseparatçı dəstələr genişmiqyaslı hərbi təxribatlara əl ataraq,bizim ərazilərdə minalar basdırıb yenidən terror aktları törətdi.Bu təxribatlar Azərbaycanı öz haqlı mövqeyini daha da güclü müdafiəetməyə və suverenliyini qorumaq üçün qəti tədbirlər görməyə vadaretdi. Azərbaycan terror aktlarına və təxribatlara cavab olaraqlokal xarakterli antiterror tədbirləri başlatdı və cəmi 24 saatdanaz müddətdə erməni separatçılarını darmadağın edərək təslim olmağaməcbur etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi,separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan bütünərazisində suverenliyini tam bərpa etdi.

Məqalədə:
Избранный
15
4
az.trend.az

5Источники