RU

ABŞ İrandan bunu xahiş etdi

ABŞ oktyabrın 1-də İranın İsrailə hücumundan bir müddət əvvəl Tehrandan Amerika hərbi bazalarına hücum etməməyi xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İraqın “Baghdadtoday” portalı mənbəyə istinadən məlumat yayıb.

ABŞ İsrailə zərbə hazırlamazdan əvvəl İraq üzərindən İrana təcili mesajlar göndərib. Mesajların əsas mənası Amerika hərbi bazalarına zərbə endirməmək çağırışı olub.

“Vaşinqton İranın və ya ona yaxın qrupların Amerika bazalarına hücum edə biləcəyindən narahat idi. Birləşmiş Ştatlar hadisələrin istənilən sürətli inkişafına hazırlıq üçün bütün ehtiyat tədbirləri görüb”, - portal yaydığı məlumatda deyilib.


Müəllif: Arzu
Избранный
17
teleqraf.com

1Источники