RU

İsrail ordusu "Hizbullah"ın Livanın cənubunda qalmasına icazə verməyəcək - İsrailin Baş Qərargah rəisi

İsrail Livanın cənubunda "Hizbullah"ın infrastrukturunu məhv etməkdə qərarlıdır. Yaraqlıların İsrail sərhədi yaxınlığında qalmasına icazə verilməyəcək.

Qaziler.az bildirir ki, RBC-Ukrayna “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrail Baş Qərargahının rəisi general-leytenant Herzi Halevi bildirib.

General qeyd edib ki, ölkənin şimalında təhlükəsiz şəraitin yaradılması üçün Livanda döyüşən 98-ci və 36-cı diviziyaların komandirləri və hərbi qulluqçuları ilə görüşüb. O, qeyd edib ki, İsrailin şimalındakı sakinlər öz evlərinə qayıdacaqlar.

Halevi vurğulayıb ki, İsrailin şimalındakı sakinlərin geri qayıtması üçün "Hizbullah"ın İsrail ərazisinə hücumlar həyata keçirmək üçün Livanın cənubunda yaratdığı infrastrukturu məhv etmək lazımdır.

"Biz bu infrastrukturu məhv etmək və orada olan hər kəsi öldürmək əzmindəyik. Gələcəkdə "Hizbullah"ın bu yerlərdə yerləşməsinə icazə verməyəcəyik", - Halevi əlavə edib.

Onun sözlərinə görə, Beyrutda və Livanın digər bölgələrində "Hizbullah"a qarşı güclü zərbələr davam edəcək.

General bildirib ki, Livandakı İsrail əsgərləri “daha ​​çox terrorçunu öldürür”.

QAZİLER.AZ

Избранный
14
5
qaziler.az

7Источники