Endokrinoloq və dietoloq Oksana Mixaleva Gazeta.Ru-ya bildirib ki, nar unikal sağlamlıq xüsusiyyətlərinə malikdir və bir çox xəstəliklər üçün də faydalı ola bilər.
Moderator.az foodinfo.az-a istinadən xəbər verir ki, narın meyvə və tumlarında çoxlu bioloji aktiv birləşmələr var.
Müxtəlif araşdırmalara görə, nar güclü antioksidant, antimikrobiyal və antikanserogen xüsusiyyətlərə malikdir.
Narın metabolik sindrom, ürək-damar, endokrin, revmatoloji və hətta onkoloji xəstəliklər, ağız boşluğunun patologiyaları üçün faydalarını göstərən sübutlar var. Onun dərinin vəziyyətinə müsbət təsiri də qeydə alınıb.