RU

Rusiyada gimnaziyada dərs zamanı tavan çöküb

Rusiyanın Moskva vilayətinin Korolyov şəhərindəki idman zalında dərs zamanı asma tavan uçub.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 3-də Moskva vilayətinin prokurorluğu məlumat yayıb.

“İlkin məlumatlara görə, bu gün Moskva vaxtı ilə təxminən saat 11:00-da  17 nömrəli gimnaziyada dərs zamanı asma tavan uçub”, - deyə idarənin Telegram kanalında bildirilir.

Mümkün xəsarət alanlar barədə məlumat verilmir. Prokurorluq yetkinlik yaşına çatmayanlarla bağlı qanunvericiliyin icrasını qiymətləndirmək üçün araşdırmalara başlayıb.

QAZİLER.AZ

Избранный
13
qaziler.az

1Источники