RU

Kreditlə müqayisədə sənədləşməsi sadə olan lizinq faizləri niyə yüksəkdir? – ARAŞDIRMA VİDEO

Lizinq təşkilatları bir-birindən fərqli və cazibəli lizinq proqramları hazırlayıb ictimaiyyətə təqdim edir, lakin faiz dərəcəsi o qədər yüksək olur ki, sonda görürsən ki, 17 min manatlıq avtomobilə 25-26 min manat ödəmisən. Çünki lizinq faizi olduqca yüksəkdir.

Xezerxeber.az-ın xəbərinə görə, avtonəqliyyat məsələləri üzrə Ekspert Eldəniz Cəfərov deyir ki, lizinq təklif edən şirkətlər özəl şirkətlərdir və kredit faizlərini özləri tətbiq edirlər. O ki qaldı faizlərin yüksək olmasına bunun müxtəlif səbəbləri var.

Ekspert deyir ki, lizinqlə avtomobil almaq daha tez və daha asan başa gəlsə də vətəndaşlar fərdi qaydada daha çox kredit yolu ilə almağa üstünlük verməlidirlər.

Qeyd edək ki, avtomobil lizinqə salınarkən təxminən 40 faizədək əlavə xərcləri olur. Kreditdən fərqli olaraq ödəniş ödənilmədiyi və gecikdirildiyi halda avtomobil həmin şirkət tərəfindən müsadirə oluna bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
17
xezerxeber.az

1Источники