RU

Kərəm Aktürkoğlu bunu bacaran cəmi 3-cü türkiyəli futbolçu oldu

Həm ''Benfika'', həm də Kərəm Aktürkoğlu üçün uğurlu oyunlar seriyası davam edir.

Bu gedişlə türkiyəli ulduz artıq ilk mövsümdəcə Lissabon nəhənginin liderinə çevriləcək. Çempionlar Liqasında əsas mərhələnin 2-ci turunda ''Benfika'' ''Atletiko''nu qəbul etdi. Oyun Madrid təmsilçisi üçün fiasko ilə nəticələndi. ''Hindular'' dörd cavabsız qolla məğlub olaraq Dieqo Simeonenin dönəmində ən ağır məğlubiyyətlərindən birini yaşadılar. Hesabı 13-cü dəqiqədə məhz Kərəm Aktürkoğlu açdı.

Yekun nəticəni isə digər türkiyəli futbolçu Orkun Kökçü müəyyənləşdirdi. O, 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirdi. Beləliklə, Kərəm ''Qartallar''ın heyətində keçirdiyi 5-ci rəsmi oyunda da qolda yaxından iştirak etdi. Onun aktivində artıq 4 qol, 2 məhsuldar ötürmə var. Türkiyə yığmasının üzvü buna qədər ''Santa Klara'', ''Srvena Zvezda'', ''Jil Visente''nin də qapısına yol tapmışdısa, ''Boavişta'' ilə oyunda aktivinə iki məhsuldar ötürmə yazmışdı. Yeri gəlmişkən, Kərəm ''Benfika''nın heyətində ÇL-də ilk iki oyunda fərqlənməklə maraqlı göstəriciyə nail oldu.

Buna qədər yalnız iki türkiyəli futbolçu yeni klubunda ÇL-də keçirdiyi ilk iki qarşılaşmada qol sevinci yaşamışdı. Bunu 2001-də ''Qalatasaray''ın heyətində Ümit Karan və 2013-də ''Atletiko''nun heyətində Arda Turan bacarmışdı.

ƏLİ

Избранный
21
football-plus.az

1Источники