RU

AFFA Premyer Liqa klublarınıCƏZALANDIRDI

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Redaktor.az İdman.biz-ə istinadən xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının VIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

Xoşagəlməz hadisələrə hüquqi qiymət verən qurum klubları cəzalandırıb.

“Neftçi” ilə matçda 6 futbolçusu sarı vərəqə alan “Sumqayıt” 700 manat cərimə edilib. “Araz-Naxçıvan”la görüşdə 4 oyunçusu xəbərdarlıq alan “Səbail”in də cəzası eyni olub.

Belə cərimə “Şamaxı” – “Turan Tovuz” oyununda hər iki komandaya tətbiq edilib. “Şamaxı” 4, “Turan Tovuz” 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.

Избранный
8
7
redaktor.az

10Источники