RU

Natali Luazonun AP-də Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində rəhbər müavini təyin edilməsi komitəsinin adına ləkədir - RƏY

Bakı. Trend:

Avropa Parlamentində Cənubi Qafqazla Əməkdaşlıq Komitəsindərəhbər müavini vəzifəsinə qatı ermənipərəst mövqeyi ilə seçilənAvropa Parlamentinin deputatı Natali Luazo təyin edilib. NataliLuazo uzun illərdən bəri ölkəmizə qarşı ən kəskin mövqe tutan,qarayaxma kampaniyası aparan, Avropa Parlamentində ermənilobbisinin oyuncağına çevrilən deputat kimi tanınıb. NataliLuazonun Avropa Parlamentində Cənubi Qafqazla ƏməkdaşlıqKomitəsində rəhbər müavini təyin edilməsi həmin əməkdaşlıqkomitəsinin adına böyük bir ləkədir.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

"Uzun illər Azərbaycana qarşı qarayaxma kampaniyası aparan birşəxs Cənubi Qafqaz Əməkdaşlıq Komitəsində Cənubi Qafqazparlamentariləri ilə hansı əməkdaşlıqdan danışacağı sualaltındadır. Bu, onu göstərir ki, Avropa Parlamenti yenə də faşist,populist, anti- Azərbaycan təfəkkürü ilə əməkdaşlığı dəstəkləməyən,dialoqa qarşı çıxan günü-gündən konfrantasiyanı kəskinləşdirən biryol tutub.

Natali Luazo kimi şəxsə belə bir vəzifə verilməsi də bunun bariznümunəsidir. Əgər Avropa Parlamenti həqiqətən dialoq qurulmasındamaraqı idisə, belə bir qatı ermənipərəst, anti-Azərbaycan mövqelibir şəxsi Cənubi Qafqaz Əməkdaşllıq Komitəsində rəhbər müavinivəzifəsinə təyin etməzdi", - o qeyd edib.

Deputatın sözlərinə görə, bu, onu göstərir ki, AvropaParlamenti, təəsüflər olsun ki, yenə də Fransanın, ermənilobbisinin əlində bir manipulyasiya alətidir:

"Biz, adətən, şahidi olmuşuq ki, dünyada özünü ən böyükdemokratiya institutu hesab edən 720-dən çox AvropaParlamentarilərini birləşdirən qurum yalnız kağız üzərindədemokratiyadan, insan hüquqlarından bəhs edir, ancaq dialoqa,əməkdaşlığa ən böyük zərbəni vuran da elə Avropa Parlamentidir.

Bununla bağlı bir məqamı da qeyd etmək istəyirəm ki, AvropaParlamentində Cənubi Qafqazla Əməkdaşlıq üzrə keçmiş həmsədr dəməhz vaxtilə Estoniyadan seçilmiş Avropa Parlamentinin deputatıMarina Kalyurand idi ki, o da erməni lobbisinin əlində bir alətkimi anti- Azərbaycan mövqeyi ilə tanınan çox destruktiv bir şəxsidi. Və Marina Kalyuranddan sonra Natali Luazonun da Cənubi QafqazƏməkkdaşlıq Komitəsində rəhbər vəzifəyə təyin edilməsi onu göstərirki, Avropa Parlamenti faşist təfəkküründən, anti-Azərbaycantəfəkküründən əl çəkməyib.

Избранный
16
1
az.trend.az

2Источники