Bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib. R.Ağamirzəyevin sözlərinə görə ölkə qanunvericiliyi bu günə kimi velosipedin sökülmüş halda daşınmasına icazə verirdi:
"Yeni qatarlarda iki ədəd velosipedin açılmış halda daşınmasına icazə verilir. Düşünürəm ki, gələcək illərdə bu say artırılmalıdır. Çünki istifadəçi sayı artarsa, imkanlar da genişləndirilməlidir. Dəmir yolu stansiyalarında veloparkinq təşkil olunursa, onun önündə avtomobilin park etməsinə icazə verilməməlidir. Çünki mikromobillik vasitələrinin əsas hədəfi metro, dəmir yolu stansiyalarından müəyyən məsafəni qət etməkdir. Buna yaradılan əngəllər aradan qaldırılmalıdır. Piyada infrastrukturu olmalıdır ki, qısa məsafəni insanlar piyada gəzsinlər. Fərdi nəqliyyatla hərəkəti azaltmaq üçün piyada infrastrukturu, veloparkinqlər, avtobus zolaqları şəbəkələri inkişaf etdirilməlidir".
Törə Zeynallı
Demokrat.az