RU

TAİB COP29 ərəfəsindəki təxribat cəhdlərini pisləyir - "Azadlıq radiosu", "Amerikanın səsi"..

Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünyada artan nüfuzunun göstəricisidir. COP29 kimi böyük tədbirlərin Azərbaycanda keçirilməsini həzm edə bilməyən qərəzıi dairələr bu dəfə də öz ambisiyalarından yan keçə bilmədilər. 

Missiya.Az xəbər verir ki, bu barədə Agsaqqallar.com saytına açıqlama verən Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in sədr müavini, sabiq dövlət qulluqçusu Eyvaz Hünbatov. 

Onun sözlərinə görə bəzi beynəlxalq təşkilatlar və Azərbaycana qarşı qərəzli mövqedə olan "Azadlıq radiosu", "Amerikanın səsi", "BBC Azərbaycan" kimi media qurumları dövlətimizin  nüfuzuna xələl gətirməyə çalışırlar:

"Amerikanın səsi", "Azadlıq radiosu", "BBC Azərbaycan" və s.  kimi media qurumları Azərbaycanın beynəlxalq imicini ləkələmək, ölkəmiz haqqında mənfi rəylər formalaşdırmaga çalışmaqla məkrlərini, xainliklərini ortaya qoymuş olurlar. Onlar hər dəfə Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər keçiriləndə ölkəmizə qarşı çirkin  kampaniyaya başlayır,  ölkənin nüfuzuna xələl yetirməyə çalışırlar. Bu dəfə də COP29 ərəfəsində fəallaşıblar.

COP 29 adından da göründüyü kimi iqlim dəyişiklikləri və onun nəticələrinə həsr olunan, ekoloji mahiyyət daşıyan qlobal səviyyəli   tədbirdir. Belə bir tədbirin Bakıda  keçirilməsi Azərbaycanın dünyada böyük nüfuza sahib olmasından xəbər verir.  Biz Türk Ağsaqqalları İctimai  Birliyi-TAİB ağsaqqalları adıçəkilən və qərb dairələrindən maliyyələşərək Azərbaycan əleyhinə iş aparan media qurumlarını, ölkənin imicini aşağı salmağa çalışanların əməllərini qətiyyətlə pisləyirik. COP29 və bu kimi böyük beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin səbəbi ölkə başçısınin yürütdüyü düzgün siyasət, bu sahədə əldə etdiyi böyük uğurların nəticəsidir. Dövlətini sevən hər bir vətəndaş çalışmalı və maraq göstərməlidir ki, Azərbaycan belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil edə bilsin",- deyə sədr müavini vurğulayıb.

Избранный
10
missiya.az

1Источники