RU

Bütün dünya buna sarsıldı: 2 min əsgər öldürüldü

İsrailin Yaxın Şərqdə gərginliyi artırması fonunda Rusiya-Ukrayna cəbhəsi beynəlxalq aləmin diqqətindən kənarda qalıb. Son günlərdə Rusiya ordusu Donbasda Ukrayna ordusunun nəzarətində olan Uqledar məntəqəsini tam şəkildə ələ keçirməklə Ukrayna ordusunu ciddi itkiyə məruz qoyub.

Ölkə.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Uqledarda həyata keçirilən hərbi əməliyyatlar zamanı hərbi texnikası ilə yanaşı, iki mindən artıq Ukrayna ordusunun canlı qüvvəsi məhv edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, “Sever” (Şimal), “Zapad” (Qərb), “Yuq” (Cənub), "Sentr" (Mərkəz), "Vostok" (Şərq) ,“Dnepr” hərbi birləşmələrinin hücumu nəticəsində ümumilikdə iki mindən artıq Ukrayna ordusunun canlı qüvvəsi və xeyli sayda hərbi texnikasını məhv edilib.

Qeyd edək ki, Ukrayna mediası da rus ordusunun Uqledara hücumu nəticəsində çoxsaylı canlı qüvvə və hərbi texnika itkisi barədə yazıb.

UNİAN-nın yazdığına görə, ukraynalı əsgərlər kiçik qruplar halında Rusiya PUA-larının atəşi altında geri çəkilib, yaralılar isə döyüş meydanında qalıb.

"Bu məğlubiyyət Kiyevdə ağrılı şəkildə hiss olunur", -  UNİAN yazıb.

Mürtəza
Ölkə.Az

Избранный
16
olke.az

1Источники