RU

Mingəçevir Gənclər Evinin fəaliyyət planı təqdim olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) Təcrübə və Karyera İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Mingəçevir Gənclər Evinin Sosial Xidmət Müəssisəsi əməkdaşlarının iştirakı ilə tələbələr üçün təqdimat keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təqdimat zamanı Gənclər Evinin fəaliyyət planı və tələbələrə təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat verilib.

Tədbirdə çıxış edən Mərkəzin şöbə müdiri Nuran Cəfərov universitetə yeni qəbul olunmuş tələbələrin Mingəçevir Gənclər Evinin dəstək mexanizmlərindən maksimum yararlanmalarını tövsiyə edib. O, tələbələrin sosial fəaliyyətlərdə fəal iştirakının gələcək karyeralarının formalaşmasına müsbət təsir edəcəyini vurğulayıb.

Mingəçevir Gənclər Evinin direktor müavini Eşqin Bağırov və dərnək rəhbəri Humay Baxışova, həmçinin psixoloq Aynaz Quliyeva Gənclər Evinin struktur bölmələrindən söhbət açıblar. Çıxışçılar gənclərin fərdi inkişafı üçün fəaliyyət göstərən dərnəklər, kurslar və sosial proqramların təqdim etdiyi imkanlardan danışaraq, tələbələri bu proqramlara qoşulmağa və aktiv iştirakçı olmağa dəvət ediblər.

Sonda tələbələrlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Избранный
5
1
yeniazerbaycan.com

2Источники