RU

Metroda növbəti bədbəxt hadisə….

Bu gün 19:00 radələrində “Ulduz” stansiyasında sərnişin stansiya yoluna düşüb.

 XALQ.AZ məlumat verir ki,dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb.

Qeyd olunub ki, hadisə ilə bağlı intervaldan əlavə 24 dəqiqə yubanma yaranıb.

Xatırladaq ki, bu gün metronun “28 May” stansiyasında da təxminən 50-55 yaşlarında kişi sərnişin stansiya yoluna düşüb. Sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilsə də, o, vəfat edib. Hadisəyə görə metroda qatarların hərəkətində 17 dəqiqə yubanma olmuşdu.

Избранный
4
2
xalq.az

10Источники