RU

Bakı metrosunda növbəti faciə - Yenilənib

Metronun "Ulduz" stansiyasında sərnişin qatar yoluna düşüb.

Bakuinfo.net xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama yayıb.

"19:00 radələrində "Ulduz" stansiyasında sərnişin stansiya yoluna düşüb. Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz təcili tibbi yardım xidməti dəvət olunub ", - deyə o bildirib.

------------19:17Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb

Milli.Az bakutvxeber-ə istinadla bildirir ki, hadisə qatar stansiyaya daxil olarkən baş verib.

Sərnişin qatarın altında qalıb, onun vəfat edib-etmədiyi hələ ki, məlum deyil.

Hadisəyə görə qatarların hərəkəti dayandırılıb.

Избранный
6
2
bakuinfo.net

3Источники