RU

“Futbolçuları da düşünmək lazımdır” – Kroos FİFA-nı tənqid etdi

“Real”ın və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos təqvimin ağırlığından şikayətlənib. Msport.az xəbər verir ki, o, yayda keçiriləcək klublararası dünya çempionatının yeni formatını tənqid edib:

“Kimlərsə gözlərini açıb futbolçuları düşünməlidirlər, daha pulu yox. Belə bir turnirin keçirilməsi sadəcə məsuliyyətsizlikdir. Bu çox pis klublararası dünya çempionatı olacaq. Hansısa anda futbolçular zədələnib, sınacaqlar”.

Xatırladaq ki, yarışın yeni formatına əsasən, iştirakçıların sayı 7-dən 32-yə artırılacaq. Klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək keçiriləcək.

Избранный
12
msport.az

1Источники