RU

MM-in komitə sədri: Qlobal istiləşmənin təsirləri gələcək dövrlərdə daha çox arta bilər

Bakı, 3 oktyabr, AZƏRTAC

“Biz ekoloji mədəniyyətin formalaşmalı olduğu bir dövrdə yaşayırıq. Su ehtiyatlarından səmərəli istifadə etmək, qlobal istiləşmənin fəsadlarını minimuma endirmək əsas məqsədimiz olmalıdır”.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “Karbon emissiyalarının azaldılması və bazar mexanizmləri” mövzusunda dəyirmi masada Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, qlobal istiləşmənin son 30 ildə daha da artması vəziyyətin kifayət qədər gərgin olduğunun sübutudur: “Qlobal istiləşmənin təsirləri gələcək dövrlərdə daha çox arta bilər. Bu problemin qarşısını almaq üçün hər kəs bir addım atmalıdır”,- deyə komitə sədri əlavə edib.

Избранный
27
1
azertag.az

2Источники