RU

Bunu Əliyevin Ermənistana yeni sülh şərti hesab etmək olar- "canilər cəzalandırılsın"...

Image

Tural İsmayılov: "Müharibə cinayətkarlarının Ermənistan hökuməti tərəfindən mühakimə edilməsi tələbinin sulh sazişinə salınması çox vacibdir"

İkinci Qarabağ müharibəsində itkin düsmüs 4 minə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınliq gətirmək, onların nəşinin qalıqlarıni taparaq aidiyyətı üzrə təhvil vermək və bu cinayətləri törədənləri mühakimə etmək Ermənistan dövlətinin beynəlxalq öhdəliklərindən birudir. 

Əgər Ermənistan Azərbaycanla qonşuluq münasibətlərini inkişaf etdirmək, Azərbaycanın imkanlarından yararlanmaq istəyirsə, mütləq bu missiyanı vicdanla icra etməli, işğaldan azad edilmis ərazilərin minalanmasının dəqiq xəritəsini təqdim etməli, müharibə cinayətkarlarını mühakimə etməli, konstitusiyasındaki ərazi iddalarına son qoymalıdır. Bunların iki ölkə arasında sülh sazişinin ilkin şərtləri olduğu diplomatik aksiomadır. Çox güman ki, sulh sazişinin 17 maddəsindən biri də artıq müharibə cinayətkarlarının mühakimə edilməsidir. Ona görə ki, Azərbaycan dövləti həmişə bu tələblə Ermənistana müraciət edib, müharibə cinayətkarlarının mühakimə edilməsi öhdəliyini dəfələrlə ona xatırladıb. İndi isə Ermənistan sülh sazişinın bağlanmasında səmimidirsə, indiyə qədər qulaqardına vurduğu öhdəliklərini yerinə yetirməlidir.

Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda qeyd edilir ki, açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur: "Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır.

Dövlət başçısı qeyd edib ki, Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər.

Müharibə cinayətkarlarının Ermənistan hökuməti tərəfindən də mühakimə edilməsi sülh şərtlərindən biri ola bilərmi?

Politoloq Tural İsmayılov sualımıza cavabinda bildirdi ki, əlbəttə, Ermənistan muharibə cinayətləri torətmiş şəxsləri indiyə qədər cəmiyyətdə ideallaşdırıb, bəzilərindən "qəhrəman" obrazı yaradıb: "Onlardan bir çoxu biznes və dövlət qurumlarında təmsil olunur. Məsələn, Qarabag canilərindən olan Vitali Balasanyanın bu yaxınlarda Ermənistandakı biznesi barədə mediada məlumat yayılmışdı. Bu gün Ermənistan müharibə cinayətləri törətmiş, bütün beynalxalq insani normalari tapdalanmış canilərin və qatillərin hüquq qarşısında cavabdehlik daşımamasına çalışır. Əslində bəşəri dəyərlərdən və beynəlxalq hüquqdan dəm vuran Ermənistan bu məsələdə növbəti dəfə nə qədər yalançi və riyakar olduğunu nümayiş etdirir. O baxımdan hesab edirəm ki, müharibə cinayətkarlarının Ermənistan hökuməti tərəfindən mühakimə edilməsi tələbinin sulh sazişinə salınması çox vacibdir. Müharibə cinayətkarlarının Ermənistan hökuməti tərəfindən mühakimə edilməsi baş versəydi, o zaman İrəvanın sülhlə bağlı səmimi niyyətlərindən danışmaq olardı. Amma mən düşünürəm ki, hazırki Ermənistan hakimiyyətində o siyasi cəsarət və etika var ki, müharibə cinayətkarlarını mühakimə edə bilsin. Siyasi iradəsi olmayan Paşinyan hakimiyyətindən bu istiqamətdə hər hansı bir addım gözləmək absurddur. Yaxin gələcəkdə heç bir hakimiyyət Ermənistanda müharibə cinayətkarlarını cəzalandırmayacaq. Çünki onlar cəmiyyətə illərlə "qəhrəman" kimi sırınıb, onların cəmiyyətdə xeyli "avtoriteti" var'.

Dəniz NƏSİRLİ





Избранный
18
baki-xeber.com

1Источники