RU

Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları bir diplomata qarşı təxribatın qarşısını alıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu yaxınlarda Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları rusiyalı diplomata qarşı təxribatın qarşısını birgə alıblar".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Bakıda jurnalistlərə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin məlumat verib.
"Son vaxtlar biz xaricdə olan qurumlarımıza və ölkələrimizin vətəndaşlarına qarşı təxribat fəaliyyətinin genişlənməsini müşahidə və hiss edirik. Nümunə olaraq deyə bilərəm ki, nisbətən yaxınlarda xüsusi xidmət orqanlarımızın birgə səyi nəticəsində amerikalılar tərəfindən rusiyalı diplomatlardan birinə qarşı təxribat xarakterli təhdidin qarşısı alınıb", - deyə Narışkin qeyd edib.
Избранный
17
8
oxu.az

10Источники