RU

Ukrayna Rumıniyadan “Patriot” raket zenit-kompleksi aldı

Yazını böyüt
Yazını kiçilt

 Rumıniyanın təhvil verməyə razı olduğu “Patriot” zenit-raket kompleksi Ukraynaya gəlib.

Hafta.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki,  bu  məlumatı Rumıniya Müdafiə Nazirliyinin nümayəndəsi “Azadlıq” radiosuna şərhində açıqlayıb.

Rumıniya hakimiyyəti ötən ay "Patriot" sisteminin Ukraynaya köçürülməsi qərarını tam təsdiqləyib.

Rumıniya Müdafiə Nazirliyinin sözçüsü Konstantin Spinu oktyabrın 3-də “Azadlıq” radiosuna deyib: “Biz “Patriot” sisteminin Ukraynaya gəldiyini təsdiq edirik.

Bundan əlavə, bir gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski öz "X" səhifəsində hava hücumundan müdafiə sistemlərinin təmin edilməsində köməklik göstərən bütün ölkələrə minnətdarlığını bildirib.

"Patriot" sistemi üçün Rumıniyaya xüsusi təşəkkürlər... Biz birlikdə daha böyük effektivliyə nail ola bilərik - biz "Şahed"ləri və raketləri vurmaq üçün birlikdə çalışaraq rus terroruna son qoya bilərik" ,- deyə Ukrayna lideri bildirib.

Избранный
10
hafta.az

1Источники