RU

Sabiq deputatdan “Dəmir Qübbə” çağırışı: Putinin raketləri Londonu məhv edə bilər

“Putinin raketləri Londonu dəqiqələr ərzində məhv edə bilər. Bu səbəbdən öz "Dəmir Qübbə"mizi qurmalıyıq”.

Publika.az xəbər verir ki, bunu “Dailymail” qəzetində yazdığı məqaləsində Britaniyanın Mühafizəkarlar Partiyasının sabiq deputatı Bob Seely deyib.

Deputat məqaləsində Rusiyanın İngiltərəni hipersəs raketləri ilə vurma təhdidlərinin artdığını qeyd edib. O, NATO müttəfiqləri ilə əməkdaşlıqda Avropa miqyasında müdafiə sisteminin yaradılmasının vacibliyini vurğulayıb.

İngiltərə ilə Rusiya arasında gərginliyin artdığını bəyan edən Seely "Prezident Vladimir Putin rejimi özünü bizimlə münaqişədə görür" yazıb.

Seely Rusiya televiziyasında qiymətləndirmələr aparan ekspertlərin sözlərindən sitat gətirib. O, Rusiyanın hipersəs raketləri ilə Londonu məhv etməyin bir neçə dəqiqə çəkəcəyi ilə öyündüyünü bildirib.

Избранный
17
publika.az

1Источники