RU

Nazirlik Naxçıvanda İNTERNET problemi ilə bağlı suallara cavab verdi 

Məlum olduğu kimi, internetin qiyməti qalxandan sonra, yəni aylıq ödəniş 25 manat olandan sonra abunəçilərə 100 Mbit/s -nin təklif ediləcəyi bildirilsə də, internetin sürəti deyiləndən aşağıdır.

Aztelekomdan verilən açıqlamada internetin sürətində yaranan problemlərin fərdi ev təsərrüfatlarında texniki nasazlığın baş verməsi səbəbindən ola biləcəyi bildiriib. Açıqlamada həmçinin bildirilib ki, internet sürətinin 100 Mbit/s olması üçün abunəçinin istifadə etdiyi cihazlar (kompüter, notbuk, telefon və s.) bu sürəti dəstəkləməlidir. Əgər cihazın şəbəkə adapteri və ya Ethernet portu 100 Mbit/s və ya daha yüksək sürəti dəstəkləmirsə, real sürətin aşağı olması müşahidə olunur.

Modem və ya marşrutlaşdırıcının konfiqurasiyası düzgün aparılmadıqda, bunun internetin sürətini məhdudlaşdıra biləcəyi qeyd edilib. Modem köhnə versiyadadırsa və ya düzgün konfiqurasiya olunmayıbsa, yüksək sürətləri təmin edə bilməz.

Sözügedən problemlərə Naxçıvan şəhərində, xüsusən də kəndlərində rastlanır. Qiymətlərin artmasına rəğmən bölgədən internetin keyfiyyəti ilə bağlı şikayətlər var.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə rəsmi sorğu ünvanladıq. Bizə təqdim edilən cavabda bildirilib ki, muxtar respublikada əhaliyə nümunəvi rabitə va internet xidmətlərinin göstərilməsi, eləcə da xidmət səviyyəsinin keyfiyyətinin ölçülməsi məqsədilə həyata keçirilmiş zəruri texniki tədbirlər nəticəsində hazırda internet xidmətlərindən istifadə edən istər ADSL, istərsə də GPON istifadəçilərinin internet trafikinin müvafiq tariflərə uyğun olduğu müəyyən edilib.

Muxtar respublikada internet ve telekommunikasiya xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə yeni fiber-optik şəbəkə infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Şəlalə Babayeva

Избранный
20
referans.az

1Источники