RU

“İmtahanları asanlaşdırmaq deyil,səmərəli şəkildə sadələşdirmək ən doğru yanaşma olardı” — Vəkil

Hazırda məhkəmə hakimlərinin seçilməsi “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına, eyni zamanda Məhkəmə-Hüquq Şurasının 11.03.2005-ci il  tarixli qərarı ilə təsdiq edilmiş “Vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsi Qaydasları”na əsasən aparılır. 

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında vəkil Hüseyin İsmayılov deyib. O bildirib ki, hakimlərin seçilməsi müxtəlif mərhələlərdən ibarətdir:

“İki fazadan (birinci test, ikinci inşa) ibarət olan yazılı imtaha.

Yazılı imtahanları keçən namizədlər üçün şifahi imtahan. (Bu mərhələdə namizədin hüquq sahəsində nəzəri və praktiki biliklərini, habelə məntiqi nəticələr çıxarmaq qabiliyyətini müəyyən edən suallar verilir)

Yazılı və şifahi imtahandan müvəffəqiyyətlə keçmiş namizədlər üçün təşkil olanda tədris ilkin uzunmüddətli tədris kursları.

İlkin uzunmüddətli tədris kurslarını müvəffəqiyyətlə bitirmiş namizədlərlə yekun müsahibə.

Göründüyü kimi, məhkəmə hakimlərinin seçim prosesi hazırda şərti olaraq beş mərhələdən ibarətdir və bu, olduqca uzun bir dövrü əhatə edir. Seçim prosesinin sadələşdirilməsi və optimallaşdırılması, daha effektiv və sürətli bir sistemin qurulması baxımından məqsədəuyğun ola bilər. Lakin diqqətə alınmalıdır ki, bu seçimlər gələcəyin hakimlərini formalaşdırır və onların üzləşəcəyi işlərin mürəkkəbliyi ilə uyğun olan ciddi bir imtahan prosesi vacibdir.

Nəticə etibarilə imtahanları və mərhələləri asanlaşdırmaq deyil, səmərəli şəkildə sadələşdirmək ən doğru yanaşma olardı”.

Избранный
4
1
nocomment.az

2Источники