RU

AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsi zəruridir - XİN

Bakı. Trend:

AŞPA-da təmsilçilik Azərbaycanın haqqıdır və bu haqqın qeyd-şərtolmadan təmin edilməsi zəruridir.

Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi AyxanHacızadənin Litva Respublikasının xarici işlər naziri QabrieliusLandsberqisin Avropa Şurası Parlament Assambleyasında Azərbaycanəleyhinə səsləndirdiyi fikirlərə dair şərhində deyilir.

"Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın dalanadirəndiyini qeyd edən, Avropa Şurası Parlament Assambleyası ilədialoqa, açıq məsələləri həll etməyə çağıran Litva xarici işlərnazirinə xatırlatmaq istərdik ki, dialoqu dayandıran və bundanimtina edən Azərbaycan deyil, məhz AŞPA-da Azərbaycan nümayəndəheyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz vəhüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfərparlament üzvləri olub. Avropa Şurası nizamnaməsinin pozulması,AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində baş vermişməlum addımdan sonra da Azərbaycan tərəfi müxtəlif kanallarladialoqa açıqlığını, vəziyyətin həllində səmimi şəkildə maraqlıolduğunu nümayiş etdirib. Görünən odur ki, Avropa Şurası NazirlərKomitəsində sədr olan Litva tərəfi Azərbaycanın AŞPA-dahüquqlarının əlindən alınmasından qətiyyən narahat deyil.

AŞPA daxilində Azərbaycana qarşı son illər, xüsusilə dəərazilərimizin Ermənistan işğalından azad edilməsindən sonraqərəzli yanaşmalar, ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənənmövqeyinə kölgə salınmağa yönəlmiş cəhddir. AŞPA-da təmsilçilikAzərbaycanın haqqıdır və bu haqqın qeyd-şərt olmadan təmin edilməsizəruridir", - deyə A.Hacızadə deyib.

Məqalədə:
Избранный
18
16
az.trend.az

10Источники