RU

Paşinyan yerinə Akopyanı hazırlayır? - “Hraparak”

Ermənistan rəhbərlərinin xanımları heç vaxt ölkənin daxili və xarici siyasi həyatında baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan qədər fəal iştirak etməyiblər. 

Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

"Ermənistanda hamı başa düşür ki, onun ərinə böyük təsiri var və Paşinyandan daha çox problemləri həll edə bilər. İndi isə onun ictimai həyatda iştirakı o qədər artıb ki, nahara gedəndə onu baş prokuror və sosial təminat naziri qarşılayır, qalereyaya gedəndə isə spiker müşayiət edir”, - deyə vurğulanıb.

Qeyd olunub ki, bir neçə gün əvvəl Paşinyan və xanımı Sevandakı “Arevik” kurort zonasında “Ermənistan Baş nazirin Kuboku” velosiped yarışında iştirak edən məktəblilər və müəllimlər ilə görüşüb, onlarla tonqalın yanında söhbət ediblər. Hökümətin rəsmi saytında bu tədbirlə bağlı 26 foto yerləşdirilib ki, onların 18-də Akopyan, 8-də isə Paşinyan yer alıb. 

Görünən odur ki, Paşinyan sadəcə olaraq həyat yoldaşını müşayiət edib və onun yanında bir neçə yerdə peyda olub. Və bəlkə bizdə yenidən baş nazir dəyişib? Deyəsən Paşinyan gizli şəkildə, fərmansız və səsvermə olmadan öz yerini həyat yoldaşına verib, ictimaiyyəti fakt qarşısında qoyub.

 

Daşqın HəsənovMissiya.Az

 

Избранный
3
missiya.az

1Источники