Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Türkiyənin BRICS-ə üzvlüklə bağlı müraciəti barədə də danışıb. Qeyd edib ki, bütün qərarlar konsensus əsasında qəbul olunur:

"Moskva Ankaranın BRICS-ə üzv olmaqla bağlı niyyətinə hörmətlə yanaşır", - deyə Ryabkov vurğulayıb.

Qeyd edək ki, Kazanda BRICS sammiti oktyabrın 22-24-də keçiriləcək.

Leqal.info