RU

Afrikalıların Çempionlar Liqasındakı yeni bombardiri

style='margin-bottom:10px;'>

"Liverpul"un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasında yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, misirli hücumçu ÇL-də ən çox qol vuran afrikalı futbolçu olub. O, bu göstəricidə Fil Dişi Sahilindən olan Didye Droqbanı qabaqlayıb.

Salah Liqa mərhələsinin 2-ci turunun “Bolonya”ya qalib gəldikləri (2:0) matçda qol vuraraq buna nail olub. İndi Salahın Çempionlar Liqasındakı qol sayı 45, Dorqbada isə 44-dür. Kamerunlu Samuel Etoo isə 30 qolla 3-cüdür.

Избранный
34
teleqraf.com

1Источники