RU

Yonca sahələri azalıb: Gözləntilər nələrdir?

Bu il Cəlilabad rayonunda yonca bitkisinin məhsuldarlığında azalma qeydə alınıb.

Cəlilabad Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, bu il 87 hektar sahədə yonca bitkisi əkilib.

Sahələrdən 1 740 ton məhsul əldə olunub, orta məhsuldarlıq hektara 20 ton təşkil edib.

Keçən il isə sahələrdən 3 300 ton məhsul toplanıb. Orta məhsuldarlıq isə 20,75 ton olub.

Xatırladaq ki, ötən il rayon ərazisində 159 hektar sahədə yonca bitkisi becərilib.

Maraqlıdır, ötən illərlə müqayisədə bu il ot bağlamasının qiymətində artım gözlənilir?

Məsələ ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, bu il bölgələrdə yığım dönəmində yağışın və küləyin törətdiyi fəsadlar məhsuldarlığın aşağı düşməsinə səbəb olub:

“Nəticəd əkinçilik sahəsi xeyli zərər görüb və məhsul yığımı gecikib. Bildirim ki, ötən illərlə müqayisədə bu il yonca sahələri iki dəfədən çox azalıb. Yonca kənd təsərrüfatında əsas yem bitkilərindəndir. Vitamin tərkibi zəngin olan bu bitki heyvanların bəslənilməsində mühüm rol oynayır. Hazırda yonca sahələrinin azalması heyvanların qidalanmasına çəkilən xərclərin artmasına səbəb olacaq. Bu da ətin qiymətinə də təsir edəcək”.

O bildirib ki, bu il heyvanların qida ehtiyacını təmin etmək üçün yonca bitkisini idxal etməli olacayıq:

“Ölkəmizdə əvvəllər kənd təsərrüfatı məhsulları genişmiqyasda istehsal olunurdusa, bu illəri bir sıra məhsullar idxal hesabına qarşılanır. İdxaldan asıllıq ölkədən kapitalın çıxmasına səbəb olduğuna görə, yaxşı olardı yerli mehsuldarlığa müəyyən kompensasiyalar ödənilsin.

Yaxudda heyvanların qidalanması üçün yonca bitkisinə alternativ qida məhsullarının qiymətində güzəşt tətbiq edilsin. Məsələn, arpa və buğda daha ucuz qiymətə təklif edilsin”.

Vüqar Qocayev qeyd edib ki, gələn il ölkəmizə yonca bitkisi idxal etməmək üçün əkin sahələri artırılmalıdır:

“Yonca bitkisinin məhsuldarlığı olduqca yüksəkdir. Bölgələrə görə fərqli olsa da, ildə 3-8 dəfə məhsul götürmək olar. Yonca becərilməsi torpağın ekosisteminə, yəni fiziki və kimyəvi xüsusiyyətlərinə müsbət təsir göstərir. Yoncanın kökləri torpağın 2-3 metr dərinliyə gedir, bu da bol və keyfiyyətli məhsulun əldə olunması şərait yaradır”.

Избранный
8
cebheinfo.az

1Источники