RU

"Turan Tovuz"un futbolçusu milliyə dəvət alıb

"Turan Tovuz" klubunun futbolçusu Roderik Miller yoxlama oyunları üçün Panama millisinə dəvət alıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi növbəti 2 matçda yığmanın sərəncamında olacaq.

Qeyd edək ki, Panama yığması oktyabrın 12-də ABŞ, 15-də isə Kanada ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq. R.Millerin formasını geyindiyi "Turan Tovuz" Azərbaycan Premyer Liqasında 8 turdan sonra 15 xalla 4-cü pillədə qərarlaşıb.

Избранный
5
3
90deqiqe.az

4Источники