RU

“Bu, qorxunc yuxu kimidir, tezliklə...” - Oskanyan

Ermənistandan kənar ölkələrə böyük köç dalğası var.

Teleqraf.com xəbər verir ki, bunu ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Bu gün böyük köç dalğası var, bu, göz qabağındadır. Bu, çox təhlükəli və qorxunc yuxudur. Bilmirəm, bəlkə də bu köç tendensiyası davam etsə, tezliklə iki milyonluq barajdan aşağı enəcəyik. İnanın ki, iki milyon erməninin dünyaya dağılması və ya səpələnməsi böyük problem deyil, çox realdır, mümkündür, yüksək ehtimaldır”, - sabiq nazir bildirib.

Oskanyan Ermənistanın varlıq təhülkəsi ilə üzləşdiyini iddia edir.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
29
teleqraf.com

1Источники