RU

BDU ilə Misirin Ayn Şəms Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr şöbəsi, Şərqşünaslıq fakültəsi və Misirin Ayn Şəms Universitetinin Şərqşünaslıq fakültəsinin əməkdaşları arasında görüş keçirilib.
 
Görüşdə BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, fakültənin dekanı Aydan Xəndan, tədris işləri üzrə dekan müavini Tərlan Məlikov, Ərəb filologiyası kafedrasının müdiri Vüqar Qaradağlı, kafedranın müəllimi Könül Eyvazova, Ayn Şəms Universitetinin İncəsənət fakültəsinin dekanı Hanan Kamel, Ərəb dili kafedrasının müdiri Manal Moharram, Şərqşünaslıq şöbəsinin müdiri Mohammed Hamid, Azərbaycan dili müəllimi Shza Mohammed və dekan müavini Mohammed İbrahim iştirak ediblər.
 
Görüş zamanı Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan fakültənin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Daha sonra Vüqar Qaradağlı, Tərlan Məlikov və Könül Eyvazova fakültədə ərəb dilinin tədrisi və metodikası haqqında iştirakçıları məlumatlandırıblar.
 
Görüşdə BDU ilə Ayn Şəms Universiteti arasında əməkdaşlıq əlaqələri, ortaq tədqiqatların aparılması, birgə elmi seminar, ustad və onlayn dərslərin təşkili, eləcə də ərəb dilinin tədrisində universitetlərarası təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Tədbir iştirakçıları şərqşünaslıq sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi və ikili diplom proqramlarının həyata keçirilməsində maraqlı olduqlarını bildiriblər.
 
Избранный
22
moderator.az

1Источники