RU

Nazilə nəvəsi üçün dəvə kəsdi - Foto

Şair Nazilə Səfərli nəvəsinin dünyaya gəlməsi münasibətiylə dəvə kəsib. 

Bu haqda "Həmin Zaur" verilişində videoçarx nümayiş etdirilib. Nazilə bildirib ki, dəvənin ətini imkansız ailələrə paylayıb. "350 kiloqramlıq dəvə idi. Əti isə 300 kiloqram qaldı" deyə, Nazilə bildirib. 

Aparıcı Zaur Kamalın "Bizə də (Əməkdar artist Vasif Məhərrəmli və özünü nəzərdə tutur - red.) gətirəydin" sözlərinə şair "Qapınızda itiniz də əskik deyil. Kasıblara payladım, çoxunu tanımıram. Sizin onu almağa imkanınız var" cavabını verib. 

Qeyd edək ki, Nazilənin oğlu Nural ötən il Nuranə adlı xanımla ailə qurub. Onların fevralda oğul övladı dünyaya gəlib. / Axşam.az

Избранный
13
show.az

1Источники