RU

İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov

İlham Əliyev çox böyük, regional siyasətdən qat-qat böyük miqyaslı siyasətçidir.

Axar.az xəbər verir ki, bunu erməni əsilli rusiyalı rejissor Karen Şahnazarov “Moskva-Bakı”ya müsahibəsində deyib.

“O, siyasi sferada böyüyüb, hər şeyə öz baxışı, öz ideyası olan uzaqgörən siyasətçidir. Bu, dövlət başçısı üçün əsas ideyadır - öz ölkəsinin suverenliyi, müstəqilliyi. Əliyev bütün Cənubi Qafqazın strukturuna təsir edir və qonşular arasında sülhə müsbət təsir göstərməyə çalışır. Onun qarşısında ölkə daxili məsələlərdən daha böyük olan hədəflər durur. Bu mənada ona birmənalı hörmətim var. Təəssüf ki, eyni şeyi onun erməni həmkarları haqqında demək olmaz”, - o bildirib.

Избранный
22
1
axar.az

2Источники