RU

DİQQƏT! Bakıda COP29 zamanı ictimai nəqliyyat necə təşkil olunacaq? 

COP29-la bağlı paytaxtda ictimai nəqliyyatın hərəkətində hansı dəyişiklikləri nəzərdə tutur? Ümumiyyətlə bu istiqamətdə hansı zəruri tədbirlər görülür?


Bu və ya digər suallarla paytaxtımızın ictimai nəqliyyatının təşkilində əsas şirkətlərdən biri olan "Xaliq Faiqoğlu" - şirkətinə sorğu ünvanladıq. Referans.az" target="_blank">Referans.az -ın suallarını cavablandıran şirkətinin mətbuat katibi Nizam Rzayev bildirdi ki, "Xaliq Faiqoğlu" şirkəti fəaliyyətini müvafiq dövlət qurumlarının tələblərinə uyğun təşkil edir. Bununla yanaşı şirkətimiz avtobus parkının böyük əskəriyyətini ən müasir tələblərə cavab verən AVRO-5 və AVRO-6 standartlı iritutumlu nəqliyyat vasitələri ilə yenilənib.




"Bu avtobuslardan 51 ədəd CNG yanacaq növü ilə çalışır ki, bu da ekologiyanın qorunması baxımından çox vacibdir. Yaxın vaxtlarda elektrik mühərrikli avtobusların alınaraq Bakı sakinlərinin ixtiyarına verilməsi ilə bağlı layihələr həyata keçirilir",- deyə şirkət rəsmisi Nizam Rzayev əlavə edib.




Həmçinin məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov soğrumuza cavab olaraq məlumat verdi ki, COP29 la bağlı hazırda bütün suallara  COP29 Azərbaycan Əməliyyat Şirkəti cavabdehdir.   Sözügedən Əməliyyat Şirkətinə isə soğru ünvanlasaq da heç bir cavab əldə edə bilmədik.


Qeyd edək ki,  bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi nəzərə alınaraq, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi idarəsi tərəfindən optimallaşdırılmış nəqliyyat sxeminin tətbiqi üzrə müvafiq işlər davam etdirilir.  


Bünyamin Bünyadzadə

Referans.az

Избранный
27
referans.az

1Источники