RU

Bakıda futbol şöləni olacaq: Bu dəfə jurnalistlər yarışacaq

Oktyabrın 5-də Türkiyə və Azərbaycan jurnalistləri arasında qardaşlıq matçı baş tutacaq.

Azərbaycanın və Türkiyənin tanınmış jurnalistləri arasında 8 noyabr Zəfər Günü münasibətilə futbol üzrə “Qardaşlıq matçı” adlanan yoldaşlıq görüşü keçiriləcək. Bu futbol matçı iki qardaş ölkənin media nümayəndələri arasında keçirilən ilk futbol bayramı olacaq.

Qarşılaşma Azərbaycanın Zəfər Günü və Azərbaycan – Türkiyə qardaşlığının daha da möhkəmlənməsinə , dostluq matçlarının keçirilməsinə yol açacaq.

Tədbirin təşkilatçısı Öndər.Tv-nin baş redaktoru Ramil Əliyev bildirib ki, Türkiyənin tanınmış jurnalistləri Azərbaycanda 3 gün qonaq olacaqlar.

“Səfər çərçivəsində Türkiyəli jurnalistlər Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Səfər çərçivəsində həmçinin qardaş ölkənin media nümayəndələri şəhərimizin tarixi məkanlarını da ziyarət edəcəklər” – deyə Ramil Əliyev bildirib.

Qeyd edək ki, iki qardaş ölkənin media nümayəndələrinin görüşü oktyabrın 5-də Binəqədi rayonu, 7-ci mikrorayon, Süleyman Sani Axundov küçəsi 27 B ünvanında, “Azfar Group”un stadionunda keçiriləcək.

Qeyd edək ki, tədbirin sponsorları  Smart Hotels Group şirkəti, Safran Hotel ,Skal International Baku, Turan restoranıBiz- Bize restoranlar şəbəkəsidir.

Избранный
12
1
veteninfo.az

2Источники