RU

SEPAH-ın Suriyada olan müşavirlərindən biri öldürüldü - » AzadMedia.az



İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriyada olan hərbi müşaviri Məcid Divani üç gün əvvəl İsrail ordusunun Dəməşqə endirdiyi hava hücumu nəticəsində aldığı xəsarətlərdən ölüb.

Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarici agentlik məlumat yayıb.

Belə ki, “Üç gün əvvəl Dəməşqə endirilmiş hava hücumu nəticəsində SEPAH-ın Suriyada olan müşavirlərindən biri Məcid Divani aldığı xəsarətlər nəticəsində bu gün ölüb”, - deyə məlumatda bildirilib.
Избранный
9
8
azadmedia.az

9Источники