RU

Azərbaycan bankları COP29 çərçivəsində "yaşıl" keçidin dəstəklənməsi üzrə öhdəlik götürüblər – AMB

Bakı. Trend:

Azərbaycan bankları COP29 çərçivəsində "yaşıl" keçidindəstəklənməsi üzrə öhdəlik götürüblər.

Trend xəbər verir ki, bubarədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ADAUniversitetində “Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə FəaliyyətHəftəsi” çərçivəsində keçirilən "Özəl maliyyələşdirmə üçün şəraitinyaradılması" mövzusunda dəyirmi masada bildirib.

"Bizim üçün maliyyə sabitliyi son dərəcə vacibdir. Onsuz maliyyəsektoru "yaşıl" keçidi dəstəkləyə bilməz. Bu çox mühüm mövzudur.Maliyyə sektorunun digər iştirakçıları da konkret tədbirlərin qəbuledilməsinin vacibliyini dərk edirlər. Biz artıq bu istiqamətdəişləməyə başlamışıq. Ancaq güclərimizi birləşdirərək, "yaşıl"keçidə nail ola bilərik. Bankların ətraf mühitin mühafizəsi vəiqtisadi artımın təmin edilməsi ilə bağlı öhdəlikləri var. Bütünçətinliklərə baxmayaraq, istifadə etməli olduğumuz bir çox imkanlarmövcuddur", - o qeyd edib.

T.Kazımov əlavə edib ki, Mərkəzi Bankda “yaşıl” keçidinməsuliyyətini anlayırlar.

"Bizim üçün maliyyə sabitliyi prioritet olaraq qalır, lakin bizbütün maliyyə sektorunu dəstəkləməyə borcluyuq. Biz COP29-a qədərbazara təqdim edəcəyimiz "yaşıl" maliyyələşdirmə üçün taksonomiyahazırlamışıq. Maliyyə institutları, xüsusilə banklar üçün yenitövsiyələr hazırlanıb. Banklar maliyyə sektorunda 90 faiz payasahib olduqları üçün yeni meyarlara uyğun hərəkət etməlidirlər", -o bildirib.

Избранный
8
1
az.trend.az

2Источники