RU

Arne Slot “Bolonya” üzərində qələbəni şərh etdi

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Bolonya”ya qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, İngiltərə nəhəngi İtaliya təmsilçisi ilə ev oyununda inamlı qələbəy (2:0) sevinib.

Niderlandlı mütəxəssis matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Yaxşı oyundur, qalib gəldik. Bu, asan deyildi, amma Çempionlar Liqası üçün bu adi bir haldır. Bu yarışda çoxlu yaxşı komandalar var, “Bolonya” da onlardan biridir. Düşünürəm ki, siz çərşənbə günü digər oyunların nəticələrini gördünüz, bəziləri bəlkə də gözlənilməz oldu. Qələbə qazanmağımız və qol buraxmamağımız xoşdur, buna görə də ümumilikdə hər şey nikbindir”, deyə Arne Slot məmnunluqla bildirib.

2-ci turdan sonra “Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 6 xalla 5-ci pillədə qərarlaşıb. “Bolonya” isə 1 xalla 24-cü pillədədir.

Избранный
7
arena.az

1Источники