RU

Neymar yenidən "Barselona"da?



Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının braziliyalı hücumçusu Neymar gələn yay İspaniya təmsilçisi "Barselona"ya qayıda bilər.

aia.az "Sport.es"ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Kataloniya klubunun rəhbərliyinin transfer siyahısında ikinci priroretdir.

Hazırda “Barselona”nın əsas hədəfi “Mançester Siti”nin (İngiltərə) futbolçusu Erlinq Holanndır. Norveçli hücumçunun transferi alınmayacağı təqdirdə, klub hücum xəttini Neymarla gücləndirmək niyyətindədir. Bundan əlavə, futbolçu gələn yay azad agent olacağı üçün Kataloniya təmsilçisi onu pulsuz almaqda maraqlıdır.

Neymarın 2026-cı ildə keçiriləcək dünya çempionatında Braziliya millisinin heyətində yer almaq niyyətində olduğu və bu səbəbdən "Barselona"ya getmək istədiyi bildirilir.

Qeyd edək ki, "Əl-Hilal"ın heyətində cəmi 5 oyuna çıxan futbolçu ötən il diz bağlarından ciddi zədə alıb və 11 aydan çoxdur futbol oynamır. Neymar 2013-2017-ci illərdə "Barselona"nın formasını geyinib.

aia.az



Избранный
1
4
aia.az

5Источники