RU

Boşanma ərəfəsində qadın və ya kişi ölərsə...- Hüquqşünas DANIŞDI

Bu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Ekspertlərə görə, boşanmalara bir çox amillər təsir edir. Lakin bu prosesdə də maraq doğuran məqamlar var. Bunlardan biri boşanma ərəfəsində tərəflərdən birinin vəfat etməsidir.

Maraqlıdır ki, boşanma ərəfəsində qadın və ya kişi vəfat edərsə, bu halda prosedur necə aparılır?

Hüquqşünas Rüstəm Əzimzadə Bakıvaxtı.az-a açıqlamasında məsələnin hüquqi tərəflərini açıqlayıb.

O, tərəflərdən birinin vəfat etməsi təqdirdə prosesin qüvvədən düşdüyünü bildirib.

"Qanunvericiliyə görə, ər və ya arvaddan birinin ölməsi və ya məhkəmə qaydasında ölmüş hesab edilməsi nikaha xitam verilməsi üçün əsas sayılır. Ər və ya arvad öldükdən sonra isə nikah dövründə əldə edilmiş birgə əmlak iki hissəyə bərabər bölünür", - deyə R. Əzimzadə vurğulayıb.

Rüstəm Əzimzadə, hüquqşünas

Hüquqşünasa görə, ölmüş ərin və arvadın payına düşən hissə isə vərəsəlik qaydasında qanuni və ya vəsiyyətnamə üzrə vərəsələrə keçir.

Gülşən Şərif

Избранный
7
bakivaxti.az

1Источники