RU

İsrail: HƏMAS-ın komandiri və siyasi bürosunun üzvləri Qəzzada öldürülüb

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı HƏMAS hökumətinin başçısı Ravi Muştaha, eləcə də təşkilatın daha iki yüksək rütbəli üzvü öldürülüb.

Qaziler.az xəbər verir ki, bu barədə İsrail ordusunun “Telegram” kanalı məlumat yayıb.

Öldürülənlərin Sameh əs-Sərrac və Sami Auda olduğu qeyd olunub.

“İsrail ordusu və Şin Betin (Ümumi Təhlükəsizlik Xidməti) Qəzza zolağına birgə endirdiyi zərbə nəticəsində aşağıdakı terrorçular məhv edilib: Ravi Muştah, HƏMAS-ın Qəzza zolağındakı Siyasi Bürosunun rəhbəri Sameh əl-Sərrac  və Sami Auda”, - bəyanatda qeyd olunub.

QAZİLER.AZ

Избранный
8
1
qaziler.az

2Источники