RU

UEFA Avropa Liqasının II turu bu gün başlayır

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu baş tutacaq.

Fins.az xəbər verir ki, "Qarabağ" komandasının I turda uduzduğu "Tottenhem" (0:3) Macarıstanda "Ferentsvaroş"la qarşılaşacaq.

Digər görüşlərdə "Ayaks" Çexiyada "Slaviya", Yunanıstanın "Olimpiakos"u doğma meydanda "Braqa" ilə, "Budyo Qlimt" isə Belçikada "Yunion"la üz-üzə gələcək.

Rumıniya təmsilçisi FCSB Yunanıstanda PAOK-la, İsveçin "Elfsborq" klubu evdə İtaliyanın "Roma" klubu ilə, Fransanın "Lion"u isə Şotlandiyada "Reyncers"lə mübarizə aparacaq.

Türkiyə klublarından "Qalatasaray" səfərdə RFS-in (Latvia), "Fənərbağça" isə "Tvente"nin (Niderland) qonağı olacaq. "Beşiktaş" doğma meydanda "Ayntraxt"la (Almanya) qarşılaşacaq.

 

Zemfira Ms
Fins.az

 

Избранный
18
fins.az

1Источники