RU

Suqovuşan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ildönümü qeyd edilir

Bu gün, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsinin 4-cü ildönümü qeyd olunur. 2020-ci ilin Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində Suqovuşan qəsəbəsi işğaldan azad edilmiş və strateji əhəmiyyətli bir ərazi olaraq qələbəmizin mühüm rəmzlərindən birinə çevrilib.

QHT.az xəbər verir ki, bu şanlı qələbəni bizə yaşadan qəhrəman şəhidlərimizi dərin ehtiramla yad edirik. Onların canı və qanı bahasına Azərbaycan torpaqları işğaldan azad olundu, vətənimizin bütövlüyü bərpa edildi. Azərbaycan xalqı hər zaman şəhidlərimizin xatirəsini uca tutacaq, onların qəhrəmanlığı unudulmayacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa işləri çərçivəsində Suqovuşan qəsəbəsi sürətlə yenidən qurulur və əhalinin geri dönüşü üçün lazımi şərait yaradılır. Bu, həm də Qarabağın dirçəlişinin bir göstəricisidir.

Bu gün Suqovuşan qəsəbəsində keçirilən tədbirlər, azadlıq və zəfər ruhunun daim yaşayacağını göstərir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qazilərimizə şəfa diləyirik!

Избранный
22
qht.az

1Источники