RU

Tayvanda xəstəxanadakı yanğında 8 nəfər ölüb

Tayvanda

Pekin, 3 oktyabr, AZƏRTAC

Çinin Tayvan adasında xəstəxanada baş verən güclü yanğın nəticəsində azı 8 nəfər ölüb.

AZƏRTAC Tayvan mediasına istinadla xəbər verir ki, hadisə Pintun rayonunda səhər saatlarında baş verib. Yerli yanğınla mübarizə bölməsi səhər saat 7:41-də Antay Tien-şen xəstəxanasında yanğın başlaması barədə məlumat alıb. Dərhal əraziyə yanğınsöndürən briqadalar cəlb olunub. Xilasedicilərin yanğın baş verən binadan huşsuz vəziyyətdə tapdığı 8 nəfər xəstəxanaya çatdırılsa da, onların artıq öldüyü məlum olub. Yanğın söndürülsə də, binada axtarış işləri davam edir.

İlkin ehtimala əsasən yanğın binanın havalandırma sistemində başlayıb. Ölənlərin çoxu xəstəxanada stasionar müalicə alan yaşlı insanlar olub.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Избранный
16
2
azertag.az

3Источники