RU

Su təkcə su olduğu üçün həyat deyil, dənizlərdən aldığımız nəfəs və ya Xəzəri niyə qorumalıyıq?

Yaşamaq üçün oksigenə ehtiyacımız var. Bunu hamımız bilirik. Yaşadığımız üçün isə karbon dioksid qazı istehsal edirik. Təkcə alıb verdiyimiz nəfəslə yox, həm də yandırdığımız ocaqla. Ocaq deyəndə ağlınıza bir tək odunları bir araya yığıb qaladığımız tonqal gəlməsin. Bura istifadə etdiyimiz daxili yanma mühərrikli nəqliyyat vasitələrindən tutun elektrik istehsalı üçün yandırılan kömürlərə, neft məhsullarına qədər aiddir.

Yaxşı bəs bu istifadə edilən oksigen və istehsal edilən karbon dioksid qazlarının aqibəti necə olur? Fotosintez prosesi haqqında yəqin ki, hamı eşitmiş olar (bu haqda əlavə paylaşım edəcəyik). Yaşıl bitkilər fotosintez prosesini həyata keçirərək havanı karbon dioksiddən təmizləyir və onu oksigen qazı ilə zənginləşdirir.

Amma əsas məqam odur ki, quru bitkilərinin dünyadakı bütün meşələr daxil istehsal etdiyi oksigen ümumi istehsalın 28 faizini təşkil edir. Yerdə qalan 70 faizədək istehsal isə dəniz və okeanların payına düşür. Gözlə görünməyəcək şəkildə bir neçə mikrometrə qədər ölçüyə sahib fitoplanktonlar və sianobakteriyalar bu oksigenin istehsalında əsas rolu oynayırlar.

Bölgəmizdə də istifadə etdiyimiz oksigen istehsalının böyük əksəriyyəti Xəzər dənizində yaşayan fitoplanktonlar və sianobakteriyaların payına düşür. Amma dənizin neft məhsulları ilə kirlənməsi, zamanla su mənbələrinin bilgisiz şəkildə istifadə nəticəsində quruması bölgədə böyük ekoloji fəlakətə səbəb olacaq. Bunun qarşısı alınmasa çox uzaq yox bir neçə yüz il sonra bölgənin həyata uyğunsuz hala gəlməsi qaçınılmazdır.

Araşdıran Neandartal səhfəsi

visiontv.az



Избранный
6
visiontv.az

1Источники