RU

Putin buradan sağ çıxmayacaq - Kəşfiyyatçıdan PROQNOZ

Vladimir Putin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində məğlub olacaq və sağ çıxa bilməyəcək.

Publika.az xəbər verir ki, bunu Estoniya Xarici Kəşfiyyat Departamentinin rəhbəri Kaupo Rosin deyib. O, bu haqda "DW Conflict Zone" proqramında danışıb.

Estoniya kəşfiyyatının rəhbəri qeyd edib ki, əgər Putin Ukraynaya qarşı müharibədən “sağ ıxa biləcəyini” başa düşsə, Rusiya qlobal silahlı münaqişəyə başlaya bilər.

Bu kontekstdə Rozin hesab edir ki, Rusiya ilə Qərb arasında mümkün hərbi münaqişənin başlama vaxtını müəyyən etmək üçün bir sıra amilləri nəzərə almaq lazımdır.

“Rusiyanın gələcək yolu Ukraynadakı münaqişənin necə başa çatmasından asılı olacaq. Əgər Ukrayna-Rusiya müharibəsindən sonra Rusiya qalib və özünə çox güvənən dövlət kimi tarixə düşsə, bütün hesablamaları bu yeni vəziyyətə əsaslanaraq aparacaq”, - Estoniya kəşfiyyatının rəhbəri deyib.

Rozin hesab edir ki, ona görə də, Qərb, Rusiyanın Ukraynaya qarşı müharibədən zəifləmiş dövlət kimi çıxmasında maraqlı olmalıdır.

“Düşünürəm ki, Putin Rusiyanın məğlubiyyətindən sağ çıxmayacaq”, - Rozin vurğulayıb.

Избранный
3
2
publika.az

3Источники