AFFA "Sabah"ın inzibatçısı Aslan Surxayzadəni 6 oyunluq cəzalandırıb.
QOL.az qurumun saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
Gənclər Liqasında keçirilən "Sabah" - "Qarabağ" görüşündə A.Surxayzadə rəqibi vurub.
Ona görə də Aslan Surxayzadə 3-ü şərti olmaqla 6 oyunluq cəzalandırılıb.