RU

“Neftçi”dən Emin Mahmudov açıqlaması

“Neftçi”nin kapitanı Emin Mhamudov komanda ilə məşqlərə başlayıb.

Bu barədə İdmanxeber.az saytına klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib. O bildirib ki, futbolçu kollektiv məşqlərdə iştirak edir:

“Kəpəz” oyunu öncəsi komandada cəzalı futbolçu yoxdur. Zədəli oyunçumuz yalnız Brayan Morenodur. Dizindən zədəsi olan Emin Mahmudov isə tam sağalıb. Ötən oyun meydana çıxa bilməsə də, futbolçu artıq komandayla məşqlərdə iştirak edir”.

“Kəpəz” – “Neftçi” matçı sabah saat 17:00-da start götürəcək.

Həsən Quluzadə

Избранный
15
idmanxeber.az

1Источники