RU

Quranı yandırmaqda təqsirli bilinən Nikita Juravel dövlətə xəyanətdə ittiham olunub

Quranı yandırdığına görə 3,5 il azadlıqdan məhrum edilən Rusiya vətəndaşı Nikita Juraveli yeni cəza gözləyir. O, dövlətə xəyanətdə ittiham olunub.

Bu barədə məlumat Volqoqrad vilayəti prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

“Onu dövlətə xəyanət maddəsi ilə yeni cəza gözləyir – prokurorluq artıq ittiham aktını təsdiqləyib”, – nəşr qeyd edir.

Juravel işi üzrə məhkəmənin qərarı fevralın 27-də məlum olub . Bildirilib ki, gənc 3,5 il müddətinə ümumi rejimli koloniyada cəza çəkib.

Mənbə RT rusca

Избранный
35
dogru.az

1Источники